Xəbər verdiyimiz kimi, ötən gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Metropoliteninin yenidən qurulmuş "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının, yeraltı piyada keçidinin açılışında iştirak edib.
AZXEBER.COM-un məlumatına görə, yenidən qurulmuş “Koroğlu” stansiyasında bir sıra dəyişikliklər də olub. Belə ki, metrostansiyanın dayanacağında bundan sonra dahi Üzeyir bəy Hacıbəyovun yaradıcılığının kulminasiya mәrhәlәsi sayılan "Koroğlu" operasından kiçik bir parça səslənəcək.
Qeyd edək ki, əvvəllər stansiyada komsomolların mahnısı səslənirdi.