‘Daim Azərbaycanla birlikdəyik’ - Əhməd Davudoğlu

DÜNYA
13:04 11.06.2013
1205

"Azərbaycanın rifahı və onun nüfuzunun beynəlxalq səviyyədə artması bizi həmişə sevindirəcək"

Azərbaycan və Türkiyə Fələstin probleminə böyük əhəmiyyət verir.Trend-in məlumatına görə, bu barədə Fələstin dövlətinə yardım və Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib: "Azərbaycanın beynəlxalq arenadakı uğurları Türkiyəni sevindirir. Bütün islam dünyasının əhəmiyyətli problemi - Fələstin probleminin müzakirə olunduğu konfransın Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir". Türkiyə XİN rəhbəri bu işlərin gələcəkdə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdiriləcəyinə ümid etdiyini bildirib. Davudoğlu əlavə edib: "Səfər çərçivəsində mən həmçinin, Azərbaycan hökuməti ilə bizim gələcək əməkdaşlığımızın perspektivlərini də müzakirə etməyi planlaşdırıram". Türkiyə XİN rəhbəri bir daha rəsmi Ankaranın mövqeyini təsdiqləyərək bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir: "İki ölkə Azərbaycanın işğal olunan ərazilərinin azad olunması məsələsində öz addımlarını razılaşdırır. Biz daim Azərbaycanla birlikdəyik və Azərbaycanın rifahı və onun nüfuzunun beynəlxalq səviyyədə artması bizi həmişə sevindirəcək".

OXŞAR XƏBƏRLƏR