Daimi dırnaq boyasında təhlükələr - qaşınma, şişlik...

MARAQLI
11:52 22.12.2023
239
Mütəxəssislər qalıcı dırnaq boyası və protez dırnaq tətbiqləri ilə bağlı xəbərdarlıq ediblər. 

Davamlı tətbiq nəticəsində əllərin tez-tez ultrabənövşəyi şüalara məruz qalması bir çox xəstəlikləri, xüsusilə də dəri xərçəngini dəvət edir. Qaşınma, şişlik və qızartı yan təsirlər arasındadır.

Gözəlləşdirmək üçün edilən bəzi əməllər sağlamlığı ciddi şəkildə təhdid edə bilər. Son zamanların məşhur tətbiqlərindən olan qalıcı dırnaq boyası və protez dırnaq istehsalı da riskli tətbiqlər arasındadır. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü, professor Emek Kocatürk Göncü bununla bağlı maraqlı açıqlamalar verib.

"Davamlı tətbiq nəticəsində ultrabənövşəyi şüalara tez-tez məruz qalma dəri xərçəngi riskini artırma potensialına malikdir. Tətbiqlərə ara vermək, tətbiq etməzdən əvvəl günəşdən qoruyucu krem sürtmək və ya ucu açıq əlcəklər taxmaq dəri xərçənginə qarşı qoruyucu tədbirlərdir. Bundan əlavə, tətbiq etməzdən əvvəl dırnaqları təmizləyin. Daha əvvəl diş həkimi, diş texniki, printer, rəssam və yapışdırıcılarla təmasda olan işçilərdə görülən bu allergik reaksiya, son illərdə akril dırnaq, gel dırnaq, qalıcı dırnaq kimi dırnaq prosedurları səbəbiylə də ortaya çıxıb. Bu xəstəliklər həm insanlarda, həm də proseduru həyata keçirən estetik mütəxəssislərdə görülə bilər. Üstəlik, ev tətbiqi ilə bu risk daha da artır”.

Ayşən

OXŞAR XƏBƏRLƏR