Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyənin 11 vilayətində böyük dağıntılara səbəb olduğu halda, Suriyanın şimalında da minlərlə insan tələfatına səbəb olub.
AZXEBER.COM xəbər verir ki, Suriyanın şimalında baş verən zəlzələdə ən yadda qalanı isə dağıntılar altında doğulan körpənin məhəllə sakinləri tərəfindən göbək bağı ilə xilas edildiyi anların görüntüsü olub.
Ana Afraa Abu Hadiya körpəsini dünyaya gətirdikdən sonra dağıntılar altında ölüb.
Zəlzələdə dünyaya gələn, lakin anasını, atasını və 4 bacısını itirən körpə əmisi tərəfindən övladlığa götürülüb. Möcüzəli şəkildə doğulan körpəyə anasının adı verilib.
Əfraanı övladlığa götürən əmi, "Afraa bizim üçün çox qiymətlidir. Ailəsində ondan başqa heç kim yoxdur. O, təkcə bizim üçün deyil, bütün itirilmiş qohumlarımız üçün çox qiymətli bir xatirədir" deyib.
Ailə yeni doğulan qızı ilə Afraa körpəsini böyüdəcəklərini bildiriblər.
Xatırladaq ki, Suriyada mərkəzi Kahramanmaraş olan zəlzələlərdə 5 mindən çox insan həyatını itirib. Zəlzələnin böyük dağıntılara səbəb olduğu və 513 nəfərin həyatını itirdiyi Suriyanın Cinderes qəsəbəsi ən çox can itkisinin yaşandığı bölgə olub.
Mikayıl