Dağıntılar altında dünyaya gələn körpədən şad xəbər

Dağıntılar altında dünyaya gələn körpədən şad xəbər
DÜNYA
12:55 08.02.2023
252
Mərkəzi Kahramanmaraşda olan 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub.
 
AZXEBER.COM xəbər verir ki, Afrində yeni doğulmuş körpə dağıntılar altından çıxarılaraq xəstəxanada müalicə olunub. Lakin körpənin ailəsi dünyasını dəyişib.
 
Zəlzələdən sonra Afrinin Cinderes qəsəbəsində çalışan yerli sakinlər dağıntılar altında körpənin ağlama səsini eşidiblər.

Körpənin səhhətinin yaxşılaşdığı açıqlanıb, lakin o, zəlzələdə bütün ailəsini itirib.

Yeni doğulan qız Afrində klinikada müalicə olunur. Onun bədənində qançırların olduğu, vəziyyətinin stabil olduğu açıqlanıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR