Dağıntılar altında dünyaya gələn uşağı övladlığa götürmək istəyirlər

Dağıntılar altında dünyaya gələn uşağı övladlığa götürmək istəyirlər
DÜNYA
12:17 10.02.2023
255
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Suriyada uçan binanın dağıntıları altında dünyaya gələn qız uşağı övladlığa götürmək üçün minlərlə insan müraciət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriyanın şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn Aya (möcüzə) körpə xilas edilən zaman hələ də anasına göbək bağı ilə bağlı olub.

Körpə Ayanın anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib. Aya hazırda xəstəxanadadır.

"Bazar ertəsi xəstəxanaya çox pis vəziyyətdə gətirildi, şişləri və qançırlar var idi, soyuq idi və nəfəs almaqda çətinlik çəkirdi" - deyə həkim bildirib.

Körpənin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. Ayanın xilasetmə görüntüləri sosial mediada geniş şəkildə izlənilib. Görüntülərdə bir kişinin toz basmış körpəni dağıntılar altından çıxarması əks olunub.
 
Ayanı dağıntılar altından çıxardıqdan sonra ailənin uzaq qohumu Halil əl-Suvaydi Afrində xəstəxanaya aparıb.

Sosial şəbəkələrdə minlərlə insan körpəni necə övladlığa götürə biləcəklərini bildirib. Bir nəfər "Onu övladlığa götürmək və ona yaxşı həyat bəxş etmək istəyirəm” deyərkən, Küveyt televiziyasının aparıcısı "Hüquqi proseslərdən yayınsa, mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram” - deyib.

Qeyd edək ki, Suriyada indiyədək zəlzələdə 3000 nəfərin öldüyü bildirilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR