Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı - AÇIQLAMA

Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı - AÇIQLAMA
SOSİAL
16:54 08.02.2023
2518
Azərbaycanlı 4 tələbənin yaşadığı binadan 5 nəfər sağ çıxarılıb, hələ ki, kimlikləri bilinmir.

Bu haqda AZXEBER.COM-a Türkiyədə itkin düşən azərbaycanlı tələbə Samir Quliyevin qohumu Ramal Şəmşədli məlumat verib.

O, bildirib ki, az öncə həmin binadan dağıntılar altından 5 nəfər çıxarılıb:

"Az əvvəl məlumat gəldi ki, həmin binadan 5 nəfər sağ çıxarılıb, amma kimlikləri bəlli deyil. Onları təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Hələ ki, məlumat gözləyirik, yaxın vaxtda onların kimliyi haqda məlumat alacağıq. Ona qədər tələbələr haqda hələ ki, məlumatımız olmayıb. Amma artıq xilasedicilər ikinci-üçüncü mərtəbəyə qədər düşüblər. Axırıncı dəfə də deyildi ki, binanın qarşı tərəfi dolub, arxadan daxil olmağa çalışırlar. İndi gözləyirik”.

Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntılar altında qalıb. Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Onlar haqqında hələ ki, dəqiq məlumat yoxdur.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR