Dağıntılar altında xilasedicilərlə söhbəti gündəm olan şəxsdən üzücü xəbər: Ayağı kəsiləcək

Dağıntılar altında xilasedicilərlə söhbəti gündəm olan şəxsdən üzücü xəbər: Ayağı kəsiləcək
DÜNYA
12:19 17.02.2023
509
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edərkən dağıntının 5 metr altında olan Ahmet Erol Yılmaz adlı şəxslə axtarış-xilasetmə qruplarının dialoqu Türkiyənin gündəmində olub.
 
AZXEBER.COM xəbər verir ki, xəstəxanada 72 saat dağıntılar altında qaldığını izah edən Yılmaz "Dağıntılar altında xoşbəxt idim, heç pessimist düşünməmişdim. Əməliyyat olunacağam, sol ayağım böyük ehtimalla topuqdan kəsiləcək"- deyib.
 
Adını dəfələrlə çağıran məmurları yumoristik bir dillə qınayan Yılmaz "Dağınıqlıqlar altında qalanda telefon cibimdə idi. İçəri girən kimi AFAD səs verir: "Ahmet, Ahmed. Su yoxdu, ağzımız qurudu, susuzluqdan üzümüz çatlayır. Ahmet Ahmet deyirsən, hər şey aydındır onsuz da yaşayırıq, ciyərimiz yarıldı, dodaqlarımız çatladı. Allah hər kəsdən razı olsun" - deyə o bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR