Dağıdıcı zəlzələdən sonra Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda axtarış-xilasetmə işləri davam edir.
AZXEBER.COM xəbər verir ki, Hatayda dağıntılar altından çıxarılan bir şəxs təcili yardımda maraqlı istəyi ilə gündəmə gəlib.
Belə ki, o, aparıcı Müge Anlıdan şorba istəyib.
Dağıntıdan sağ çıxan şəxs "Orada üç şey istəyirdim. Müge Anlının şorbası, alma və portağal" - deyib.
Təcili yardım işçiləri "Müge Anlı gəldi" dedikdə vətəndaş "O heç gəlməzdi? İnsan qızı Müge Anlı. Anası onu Qədr gecəsi dünyaya gətirib" - deyib.
Qeyd edək ki, Müge Anlı isə o anları görəndə dərhal mesaj paylaşaraq "İstəyirsən qalxan kimi İstanbulda qonaq edək, birlikdə şorba içək. Allah köməyin olsun" deyib.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl