Dağıstan hökumətinin keçmiş sədri Maqomed Abdulayevi avtomobil vuraraq öldürüb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Mahaçqalanın Maqomed Hacıyev küçəsində baş verib. "VAZ-21214" markalı avtomobilin sürücüsü müəyyən olunmuş zonadan kənarda yolu keçən 61 yaşlı Abdulayevi vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Maqomed Abdulayev 18 iyun 1961-ci ildə Dağıstanda anadan olub. Dövlət Dağıstan fakültəsinin hüquq fakültəsini bitirmiş, 1998-2000-ci illərdə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin Hüquq və dövlət nəzəriyyəsi kafedrasının professoru olmuşdur. O, 20 fevral 2010-cu ildən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.
Aydın