Dağıstan rəhbəri Sergey Melikov qadınların niqab geyinməsinin əleyhinə çıxış edib.
O, bu geyimin Qafqaz xalqları üçün xarakterik olmadığını deyib.
"Şəxsən mən niqab geyinməyin əleyhinəyəm, o cümlədən terrorizmə qarşı mübarizə üzrə tapşırıqları dəfələrlə yerinə yetirmiş şəxs kimi, həm də ona görə ki, ilk növbədə Qafqaz xalqları üçün qeyri-adi olan bu geyim kişilərin də gizlənməsinə şərait yaradır. Bu örtüyün arxasında qadınlar qadağan olunmuş əşyalar daşıya bilər. Təhlükəsizlik baxımından bunun əleyhinəyəm”, - Dağıstan rəhbəri qeyd edib.
///APA