Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinə məlumat daxil olub ki, saat 08:47-də Aqul rayonu ərazisində, Yarkuq kəndindən 14 km aralıda, 16 km dərinlikdə 4,6 bal gücündə seysmik hadisə qeydə alınıb",-deyə məlumatda qeyd olunur.
Yeraltı təkanlar respublikanın Rutul və Xivə rayonlarının sakinləri tərəfindən hiss olunub.
Xilasetmə xidmətlərinə dağıntılar barədə məlumat daxil olmayıb.