Dağıstanda terror: Ölənlərin sayı artdı - Silahlı şəxslərin gizləndiyi məkan atəşə tutulur

Dağıstanda terror: Ölənlərin sayı artdı - Silahlı şəxslərin gizləndiyi məkan atəşə tutulur
DÜNYA
23:23 23.06.2024
366

Dərbənddə iki terrorçunun barrikada qurduğu yaşayış binasına hücum davam edir.

Sakinlər təxliyə edilib, şəhərdə hərbi texnika hərəkət edir, vertolyotlar uçur.

İlkin məlumata görə, yaraqlıların beynəlxalq terror təşkilatına mənsub olduqları bildirilir.

Terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR