Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

DÜNYA
23:15 27.09.2024
213
Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1-i uşaq olmaqla, 5 nəfər həlak olub, yaralılar var.

Partlayış zamanı enerji obyektlərinə ziyan dəydiyi, yaxın ərazilərdə elektrik enerjisi təchizatının dayandırıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR