Dağıstanlı milyarder oğluna aeroport bağışladı

Dağıstanlı milyarder oğluna aeroport bağışladı
DÜNYA
16:24 15.02.2017
1203

 

Dağıstanlı milyarder və senator Süleyman Kərimovun oğlu, Moskvada təhsil alan 21 yaşlı Səid Kərimov Mahaçqala aeroportunun əsas sahibi olub.

Bu barədə "Forbes” məlumat yayıb. 

Belə ki, yanvar ayında Mahaçqala aeroportunun sahibi olan "Grandeko” şirkətinin səhmlərinin 99,5 faizi Səid Kərimovun adına keçirilib. 

Xatırladaq ki, bir müddət əvvəl "Komsomolskaya Pravda na Severnom Kavkaze” qəzetində  Süleyman Kərimov və oğlunun Rusiyanın qızıl ehtiyatlarının 28 faizini ələ keçirməsi barədə məlumat yayılmışdı. 

Mahaçqala aeroportu Dağıstanın federal əhəmiyyətli hava qapısı hesab olunur və 2016-cı ildə hava limanından 869 min 200 sərnişin istifadə edib.

///Oxu.Az
OXŞAR XƏBƏRLƏR