Azərbaycan adətlərində bayramda yaşlı nəslin nümayəndələrinə baş çəkmək də var. 118 yaşlı nənə uzunömürlülük sirlərini bizimlə bölüşüb.2013-cü ildə 118 yaşı tamam olacaq İmnət nənə 1895-ci ildə Dağıstanın Tabasaran rayonunda doğulub. İmnət Bakarovanın bir oğlum, iki qızı, nəvələri və nəticələri var. Olduqca zarafatcıl olan İmnət Bakarovanın beli bükülsə də, kətillə yerisə də, gümrahdır. Bu qədər yaşamasının səbəblərini isə nənə gülərək belə izah eləməyə çalışıb: “Əppək yemişəm (gülür), yulaf yemişəm. Nikolay taxtdan düşən vaxtdan 10 yaş çoxdur mənim. Oğurluq eləməmişəm, yaman iş görməmişəm, bilmirəm daha məni yaxşılığa saxlayıb, yoxsa yamanlığa”.Milliyətcə tabasaranlı olan ömür gün yoldaşı Məclum kişini 35 il əvvəl itirən dağıstanlı nənə yeni il arzularını da bölüşüb: “Sağlıq olsun, mübarək olsun, ondan da yaxşı yaşayış olsun. Davalar olmasın, ölüm-itim olmasın, aclıq olmasın”.