'Dalğa' Səhiyyə Nazirliyinə məktub ünvanlayacaq - AÇIQLAMA
GƏNCLİK
16:07 01.06.2012
2008
31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcək. Bu haqda AZXEBER.COM-a təşkilatın sədri Xanım Yadigarlı məlumat verib. Onun dediyinə görə, “Uşaqlara qayğı ilə” həftəsi 1-7 iyun tarixlərində nəzərdə tutulub. İştirak üçün hər kəs dəvətlidir. Tədbirlərin elanları Dalğa Gənclər Hərəkatının rəsmi internet səhifəsində (www.dgh.az) və "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanacaq.