"Dalğa TV" yayımını niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA

"Dalğa TV" yayımını niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
SOSİAL
13:17 16.04.2021
1943
Bir neçə gündür ki, "Dalğa TV"nin yayımı dayandırılıb. 

Telekanalın yayımını dayandırma səbəbi haqda müəyyən söz-söhbətlər gəzir. 

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Xəzər Media Mərkəzi ilə əlaqə saxlayıb. 

Telekanal məsələyə aydınlıq gətirib:

"Məlumunuz olduğu kimi bir neçə gündür "Dalğa TV"nin yayımında məhdudiyyət yaranıb. Mövcud vəziyyət texniki səbəbdən qaynaqlanır. Lakin buna baxmayaraq, ən qısa zamanda məsələnin həlli istiqamətində intensiv işlər aparılmaqdadır.

Anlayışınıza görə təşəkkür edirik!”. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR