Dalağı yerinə səhvən qaraciyəri çıxarılan xəstə dünyasını dəyişdi

DÜNYA
10:40 19.09.2024
574
Amerika Birləşmiş Ştatlarında xəstə həkim səhvinin qurbanı olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Alabama ştatında 70 yaşlı xəstə sol tərəfində ağrılar şikayəti ilə həkimə müraciət edib.
 
Ağrının dalağında olan problemdən qaynaqlandığını deyən həkimlər xəstəyə əməliyyat məsləhət görüblər.
 
Cərrahiyyə əməliyyatı zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarılan xəstə dünyasını dəyişib.
 
Xəstə yaxınları həkimi polisə şikayət edib.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-da 1440, 2023-cü ildə isə 1411 belə hadisə baş verib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR