Dalaşanları ayıran deputatın qardaşı oğlu öldürüldü
Bütün Xəbərlər
08:20 02.11.2012
1275
Türkiyədə hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkili Oğuz Kaan Köksalın qardaşı oğlu Abdullah Köksal öldürülüb. Hadisə, mərhum Köksal ata-oğul arasında baş vermiş dalaşı ayırmaq istədiyi zaman baş verib. Qeyd edək ki, Abdullah Köksal oğlu ilə dalaşan atanın vurduğu bıçaq zərbəsi ilə ağır yaralanaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün omayıb.Hadisə Kırıkkalə şəhəri Ahılı kəndində meydana gəlib. Məlumata görə 45 yaşlı kənd sakini Coşğun Albayrağın 21 yaşlı oğlu Əmrah A. öz dostları ilə həyətlərində içki içməyə başlayıb. Ata-oğul arasında dava da bu hadisə zəminində başlayıb. Dostları atası tərəfindən döyülən Əmrahı xilas etməyə çalışarkən ata Albayrağın çıxardığı biçaq qrupda olan A. Köksalı yaralayıb.Polis tərəfindən saxlanılan Coşğun A. ilkin ifadəsində oğlu ilə mübahisə edərkən dostlarının müdaxilə etdiyini, mərhum Köksalın onu təhqir etdiyini, özünü müdafiə etmək üçün bıçağa əl atdığını bildirib.