'Dağlıq Qarabağ danışıqlarında irəliləyiş yoxdur'

Siyasət
13:16 25.04.2013
2337

“Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimiz davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər olmuşdu. Əsas məsələ tərəflərin razılığa gəlməsi idi. Təəssüflər olsun ki, verilən təkliflərin biri bir, o biri başqa tərəfi qane etmədi. Əsas məsələ tərəflərin özlərinin razılığa gəlməsi idi”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. 

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar dalana dirənib, Rusiyanın danışıqlarda aktivliyi niyə azalıb” sualına S. Lavrov “Rusiya aktivliyi azaltmayıb, Minsk qrupu çərçivəsində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq xarici işlər nazirləri və prezidentlərlə görüşürlər” cavabını verib.

Rusiya xarici işlər naziri danışıqlar prosesində irəliləyişin olmaması barədə sualla isə razılaşıb: “Bəli, danışıqlarda irəliləyiş yoxdur”.

E. Nalbandyan da danışıqlarda irəliləyiş olmadığını deyib: “Doğrudur, irəliləyiş yoxdur, amma demək olmaz ki, danışıqlar dalana dirənib. Xarici işlər nazirləri mütəmadi görüşləri keçirilir. Proses davam etdirilir”.

APA-nın əməkdaşının “Həmsədrlər və Azərbaycan “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edir, Ermənistanın bununla bağlı mövqeyi necədir” sualına E. Nalbandyan belə cavab verib: “Ermənistanın mövqeyi Minsk qrupunun mövqeyi ilə eynidir. Əgər Azərbaycan “status-kvo”nun saxlanmasını istəmirsə, həmsədrlərin təkliflərini rədd etməməlidir. Bu təkliflər cəbhə xəttindən snayperlərin geri çəkilməsi və sairdən ibarətdir. Azərbaycan həmsədr ölkə prezidentinin bəyanatlarında qeyd olunanlara riayət etməlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi