Dağlıq Qarabağ məsələsi ABŞ-da müzakirə olundu

SİYASƏT
14:15 03.05.2013
2256
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, qurumun direktor müavini Gülşən Paşayeva, millət vəkili Asim Mollazadə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya Universiteti, Harriman İnstitutunda dəyirmi masada iştirak edib.SAM-nan ANN.Az portalına verilən məlumata görə, Elman Abdullayev Azərbaycanın öz potensialını Cənubi Qafqaz regionunun inkişafına yönəltdiyini vurğulayıb, lakin Ermənistan-Azərbaycan münaqişəsinin regionun bütövlükdə inkişafına maneə olduğunu bildirib. Bununla yanaşı Abdullayev münaqişənin bu günədək həll olunmasının əsasında dünya ictimaiyyətinin münaqişənin həllinə biganə qalmasının və Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, bu ölkənin təcavüzkar siyasəti ilə baglı heç bir ədalətli reaksiya verilmədiyinin dayandığını vurgulayıb.Abdullayev Azərbaycanın tarixi təşəbbüsləri sayəsində regionun geostrateji əhəmiyyətinin artması fonunda münaqişənin həlli ilə baglı status-kvonun dəyişdirilməsi üçün ciddi işlərin görülməsinin zəruriliyini vurğulayıb.Tədbirdə əsasən ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən hadisələr müzakirə olunub.Nümayəndə heyətinin digər üzvləri Stratfor beyin mərkəzində (Stratfor Strategic Forecasting Inc.) "Azərbaycan regionun enerji körpüsüdür" (Azerbaijan as economic energy transportation nexus in the region) mövzusunda seminar keçirib.Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzidir" (Azerbaijan is transport and logistics hub in the Center of Eurasia), aparıcı elmi işçi Gülmira Rzayeva "Xəzər hövzəsindən Avropanın dounstrim bazarına çıxış" (Connecting Caspian to the European downstream market), aparıcı elmi işçi Zaur Şiriyev "Azərbaycana geopolitik baxış" (Geopolitical view on Azerbaijan) və elmi işçi Şahmar Hacıyev "Amerikanın Azərbaycanla strateji əməkdaşlığa olan ehtiyacı" (America's Need for a Stronger Partnership with Azerbaijan) mövzusunda məruzələrlə çıxışlar ediblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb