"Dağlıq Qarabağ münaqişəsi futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil"

"Dağlıq Qarabağ münaqişəsi futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil"
SİYASƏT
13:10 05.10.2018
4060
Son dövrlərdə bir qrup insan Dağlıq Qarabağ adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat söyləyib ki, Azərbaycan Prezidenti tərəfindən bu istiqamətdə zəruri işlər görülür: "Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan Prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istərsə də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində ölkə başçısına yekdilliklə səs verərək bu hüququn yalnız Prezidentə aid olduğunu təsdiqlədi".

S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin münasibət cənab Prezident tərəfindən göstərilir: "Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu, yalnız bunun mümkün olmadığı təqdirdə, hərbi yola da əl ata biləcəyini hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək onları mənəvi terrorla üz-üzə qoyurlar".

Millət vəkili bildirib ki, birinci Qarabağ münaribəsində hər bir azərbaycanlı döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq: "Burada "mənim-sənin" məsələsi ola bilməz. Bu gün dövlət tərəfindən 1 milyondan çox qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması ilə müvafiq tədbirlər görülür, onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, aşağılamağa heç kimin haqqı yoxdur".

O əlavə edib ki, münaqişə hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil: "Dağlıq Qarabağ məsələsi Ali Baş Komandanın rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə, hərbi yola əl atacağıq. Görəsən, indi etiraz edənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları iştirak edəcəklərmi? Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq həmin insanları boykot edir. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hissləri ilə oynamasınlar".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi