Ənvər Yusifoğlu
Ötən ilin sonlarında ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton öncə Rusiyaya və sonrada Cənubi Qafqaza səfər etmişdi. Əslində Trampın müşavirinin bu səfəri gələcəkdə bölgədə baş verəcək proseslərə önəm verildiyinin göstəricisi idi. Bu, həm də regionda müttəfiqlərini müəyyən etməyə hesablanmış addımlardan biri demək idi. Səfərin əsas məqsədlərindən biri də geopolitik baxımdan atılacaq addımların xəritəsinin bundan sonra necə cızılması ilə müşahidə olundu. Onu da nəzərə almaq lazımdır ki, burada əsas faktorlardan biri də İran ətrafında yaranan durumla bağlı idi. Bölgənin Rusiyanın mövqelərinin daralması, atılacaq bir sıra addımların dəqiqləşdirilməsi də maraq doğruan amillərdən biri idi. Rusiyanın çox güclü olduğu Ermənistanda ABŞ-ın dəstəyi ilə çevrilişə gedildi və nəticədə hərbi xunta rejimi devrildi. Bu da öz növbəsində NATO-nun Cənubi Qafqazdakı hədəflərinin coğrafiyasının genişlənməsinin aparıcı ünsürlərindən birinə çevrilməsinə səbəb oldu.
Dünyaya inteqrasiya olunan Azərbaycan
Bizim neft, qaz və digər məhsulumuzun dünya bazarına çıxarılmasının qarşısını almağa çalışan əsas qüvvə məhz Ermənistan üzərindən İranın apardığı siyasi gedişlər olubdur. Biz müstəqilliyimizin ilk çağında məhz bu təzyiqlərlə üzləşdik. İndi Azərbaycan TAP, TANAP, BTC, Bakı-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizinin çox böyük layihələrə imza atmışıq. Türkiyədə "Star” zavodunun açılışı, habelə "Petkim”-in fəaliyyəti mühüm hadisəsidir. Azərbaycan ciddi addımlar atır.
Ötən il Con Boltonun Cənubi Qafqaz səfərinin digər mahiyyəti isə, Ermənistanda keçirilən seçkilər ərəfəsində münaqişənin qızışması, müharibənin ola bilməsi ehtimalı olmasına bağlı idi. Faktiki olaraq C. Bolton bu səfəri ilə belə bir təhlükənin qarşısının alınmasına çalışdı. Bu barədə həmin ərəfədə ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması olmuşdu. Səfir torpaqların qaytarılmaması barədə ermənilərin düşüncəsini səsləndirmişdi. Çünki, o çox yaxşı bilirdi ki, Ermənistanda istər xunta rejimi, istərsə də demokratiya tərəfdarları olsun, onların hamısı faşizm xəstəliyinə tutulub və torpaqların azad olunmasına qarşıdırlar. Belə bir məqamda Con Bolton Qarabağ münaqişəsinin sıfır nöqtəsindən aktivləşdirilməsi təəssüratı yaradırdı. Halbuki, bütün Qərb dünyası da çox yaxşı dərk edir ki, Azərbaycan olmadan Cənubi Qafqaz siyasətində hər hansı bir uğura imza atmaq mümkün deyil.
Qərbdəki bir çox mərkəzlərin etirafına görə, Yaxın Şərq ölkələrindən fərqli olaraq, Cənubi Qafqaz və Orta Asiyanın eenerji resurslarına indi daha çox ehtiyac vardır. Bunun əsil səbəblərini də dilə gətirməyə başlayıblar. Orta Asiya və Cənubi Qafqaz üzərindən dünya birliyini təhdid edən hər hansı ideoloji, teoloji və digər faktorlar yox kimidir. Faktiki olaraq enerji layihələrinin hamısı Türkiyə vasitəsilə həyata keçirilir. Yaxın
Şərqdə baş verən proseslər göstərdi ki, bölgədə ən güclü müttəfiq Türkiyədir. Beləcə Türkiyə regional gücdən dünyəvi gücə çevrilir. Artıq o da bəlli olur ki, Suriya, İraq, Türkiyə və Cənubi Qafqaz məsələsində türk xalqlarını görməzlikdən gəlmək tamamilə yanlış nəticələrə səbəb olur. Ötən il noyabr ayının 4-də İrana tətbiq olunan embarqo və bir sıra sanksiyalar artıq yeni mərhələyə qədəm qoyubdur.
İrəvan çıxış yolları arayır, Tehran rejimi özünü qorumağa çalışır
Bir çox araşdırmaçılar onu da etiraf edirlər ki, İran iş adamları İrəvanda ofşor şirkətlər yaradıb və pullarını ora cəmləşdirirlər. Bu vasitə ilə dünyaya çıxırlar. Çünki, İrana qarşı tətbiq olunan embarqo onları buna vadar edir. Bu səbəbdən də İrəvan üzərindən dünya bazarındakı mövqelərini qorumağa çalışırlar. Hələlik Qərb bütün bunlara göz yumaraq Ermənistanın ayaq üstə durmasını dəstək verir. İranla Ermənistan qədər güclü əlaqəsi olan ölkə yoxdur. İran firmalarının Ermənistanda ofşor zona kimi istifadə etməsi, habelə Rusiya şirkətlərinin oradakı fəaliyyəti sanki diqqət mərkəzindən kənardadır. Gerçəkdən İrana qarşı embarqo sərt xarakter daşıyırsa, o zaman Ermənistan ərazisindən ofşor zona maliyyə əməliyyatlarının və pul köçürmələrinin qarşısı mütləq şəkildə alınmalıdır.
Nəinki Ermənistanda, eləcə də qondarma Dağlıq Qarabağda da "Master Card” və "Visa Card” vasitəsilə də pul köçürmə əməliyyatları aparılır. Qərbin buna diqqət yeritməsi çox vacibdir. Çünki, İranın Ermənistan və qondarma Dağlıq Qarabağ üzərindən həyata keçirdiyi maliyyə əməliyyatları daha çox silah və narkotika qaçaqmalçılığına xidmət erdir. Dağlıq Qarabağ işğal edilən ərazidir, orada separatçı rejim qurulub, üstəlik bu rejim haqlı olaraq beynəlxalq şəkildə tanınmır. Bu halda niyə orada "Visa Cart” və ya "Master Card”, pul köçürmələr işləməlidir? Bu məsələyə diqqət ayırmalı və Azərbaycan bir dövlət olaraq bunun qarşısını almalıdır. Beynəlxalq embarqo ilə üz-üzə qalan İranın dünyaya çıxış üçün Ermənistandan "pəncərə” kimi istifadə edirsə, gələcəkdə bizim işğal altında olan Dağlıq Qarabağa pul yatırıla bilər.
Qondarma Dağlıq Qarabağ rejiminin dəstək verdiyi şirkətlər və İran amili
2018-ci il dekabr ayının 2-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıya görə, ölkəmizin qanunlarını pozaraq, separatçı Dağlıq Qarabağda bir sıra xarici ölkə şirkətlərinin fəaliyyətləri haqqında dəqiq bilgilər açıqlanmışdır. Həmin şirkətlər əksəriyyəti isə İrana məxsusdur:
"Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar” (Seyid Nur Eyni), "Şərifli” (Rza Şərifi), "Süleymani” (İzzət Süleymanpur), "Arya Filiz Nab” (Rəsul Ənzari), "Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), "Aftab” (Əzimi Əhmədpur), "Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti” (Rza Nüsrəti), "Pəyan-e Saderat” (Davud Cokar), "Vasif” (Məhəmməd Cəfərpur Vasif), "Firuznejat” (Əhməd Firuznejat), "Nəcəfzadə” (Nəcəfzadə), "Kaimifa” (Əbülfəz Mətləbzadə), "Turac” (Məhəmmədhüseyin Yusifzadə), "Armen” (Əli Qüdrəti), "Ava” (Vahik Ohancanyan), "Kraun” (Hamu Davudi), "Şölə” (Seyidəli Hüseyni), "Suas” (Hüseyn Şadi), "AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), "Nahid” (Möhsüm Fərşbaf), "Səba Saha” (Rza Nafəzi), "Petrocəm” (Cəlil Heydəri), "Derəxşan” (İsmayıl İbrahimi), "Şahsuvari” (Rza Şahsuvari), "İzorof” (Təhmuraz İmani), "Rizşin” (Əli Əzhəri), "Elivoud” (Hüseyn Şeybani), "Tirkaran” (Məhəmməd Ənsari), "Mələki” (Hüseyn Mələki), "Luba” (Əli Azad Əfruz), "Nardino” (Siyamək Boləndi), "Kultrom” (Səda Allahverdiyan), "Şadan” (Şəhruz Hüseyni), "Sunesar” (Nasir Ətayi), "Suzan” (Behruz Caznəgu), "Növcavan qardaşları” (Cavad Növcavan), "Tatyo” (Arlen Davudyan), "Şahinans” (Vahik Şahinans), "Şahbaz” (Məhəmmədrza Baqeri), "Kyudot” (Rəhim Ali), "Ambret” (Pərviz Nüsrəti), "Bir” (Hadi Purradi Gərgəri), "Kondal” (Əsğər Fədai), "Aypeks Nur” (Əfşin Nəsiri), "Miyad” (Yunes Rezayi Əqdəm), "Paknam” (İsa İmami), "Marlik” (Əli Nəsirli Livarcani), "Şahab Səhənd” (Cavad Rəhimi Namdar), "Ərcümənd” (Əlirza Ərcümənd), "Livarcan” (Möhsün Cənabiyye), "Silis Şen” (Seyid Əbülfəz Səlili), "Minamesa” (Məhəmməd Eslami), "Nadir” (Nadir Kərimiyan Siyahrud), "Rand” (Rəhman Behruzi), "Trakliyan” (Həmid Xorrəmi), "Didar” (Əlirza Həlimi), "General Oil” (İbrahim Dadaşi Fərxəndi), "Aştarak” (Məhəmməd Əli Əsğəri), "Necati” (Yusif Necati), "Alişan” (Serjik), "Hadi” (Rza Hadi), "Zakeri” (Mənuçehr Zakeri), "Apada” (Əlirza Firuzməndi), "Olaks” (Yusif Çaleş), "Biga” (Jerj Qədimi), "Şin Ezgim” (Əmir Əzhəri), "Əndişeyi İraniyan” (Əli Əlicanduxt), "Tun tun” (Serj Əmirxanyan), "Zöhrabyan” (Zöhrabyan qardaşları) və "Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur.
İranın "Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib. İranla isti münasibətləri olan və Livan hökumətində nazir postu tutan Nikol Mişel Fattuşun qardaşı, "K-Telekom”un sahibi Pyer-Mişel Fattuş isə Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə xidməti
göstərən "Qarabağ-telekom”un direktorlar şurasının sədridir və onun ona məxsus olan "K-Telekom”şirkəti 10 ildən coxdur ermənilərə xidmət göstərir. O da bəllidir ki, İrana bağlı olan şirkətlər İrəvandakı "İran Mellat Bankı” vasitəsilə maliyyə əməliyyatlarını həyata keçirirlər. "İran Mellat Bankı”nın İrəvan filialı 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına” külli miqdarda maliyyə yardımı göndərib. "İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafı: "2016-ci ilin aprel hadisələri zamanı "İran Mellat Bankı”ının tapşırığı ilə "Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Xankəndinə səfər etmişəm. Öncə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım.adı
Əgər İran rejiminə qarşı beynəlxalq səviyyədə embarqoları nəzarətdə saxlamaq istəyən güclər varsa, biz İrəvanda və qondarma Dağlıq Qarabağda fəaliyyət göstərən maliyyə strukturları barəsində adı çəkilən şirkətlərin ünvanlarını və rəhbərlərini bu yazımızda ona görə qeyd etdik ki, Cənubi Qafqaz siyasətinə qarşı sarsıdıcı zərbərlər vuranların kimliyini daha aydın görə bilsinlər.