Dağlıq rayonlarda 11° şaxta var

Dağlıq rayonlarda 11° şaxta var
SOSİAL
10:20 04.03.2025
344

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərərcəyədək isti , Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR