"Damla heç vaxt stilini dəyişməyəcək, o stil onun qanına işləyib" - MÜSAHİBƏ

"Damla heç vaxt stilini dəyişməyəcək, o stil onun qanına işləyib" - MÜSAHİBƏ
MAQAZİN
17:01 30.08.2017
12736
Tanınmış stilist Pərviz Mirzəyevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik:


-Son vaxtlar stilistlərin fəaliyyəti daha çox "instaqram” sosial şəbəkəsində görünməkdədir. Video şəklində nümayiş etdirdiyiniz "master-klass”lar nəyə xidmət edir: xanımları maarrifləndirir, yoxsa bu sadəcə stilistlər arasında əl qabiliyyət uğrunda rəqabtdir?

-Bəli, mənim üçün "instaqram” reklam mənbəyidir. Televiziyada istədiyi populyarlığı qazana bilməyən insanlar sosial şəbəkələrdə qısa müddətdə populyarlıq əldə edə biliblər. Bilirsiniz ki, biz məşğul insanlarıq, daim iş başındayıq. Mən televiziya verilişində iştirak edəndə işimdən ayrılmalı oluram, vaxt itkisi gedir, burda isə həm geniş izləyici auditoriyası toplayıram, həm də iş başında ola-ola piarımla məşğul oluram.

-Tanınan stilst oluğunuz üçün sizə müraciət edən bir çox ulduz sənətçilər var. Sizcə sadə xanmlarla işləmək yaxşıdır, yoxsa ulduzlarla? Dəbi, yenilikləri əslində siz onlara diqtə etməlisiniz. Lakin şöhrətli adamlar eqolu olur. Onlar sizin tapşırıqlarınıza, məsləhətlərinizə əməl edirlərmi?

-Ulduzlarla işləmək daha məsuliyyətli deməzdim, daha maraqlıdır. Çünki artıq ona vediyim stili daşıya bilir, istər efirdə, istər fotosessiyalarda onu gözəl təqdim edə bilir. Təbii ki, hər bir insanda kapriz var, müğənnilərdə daha çoxdur. Mənim üçün çox rahatdır. Əməkdaşlıq etdiyim sənətçilərlə zaman-zaman küsüşmüşük də, işbirliyimiz də yarımçıq qalıb. Lakin onların əksəriyyəti üçün "vazkeçilməz” sayılıram. Kiminlə işləsələr də, yenə də nəticə olaraq mənim yanıma qayıdılar. Bəzi sənətçilər də var ki, onları dəyişməyə heç bir qüvvənin gücü çatmaz. Belələri mənə zəng edəndə, heç telefona cavab vermək istəmirəm. O dərəcədə, iyrəndiyim, sevmədiyim müğənnilərimiz var.

-Elə müğənni var ki, sən onunla işləmək istəməmisən? Konkret olaraq rədd cavabı vermisən?

-Elə bir müğənni olub, amma mən işimin ustası, professional kimi o müğənnini qəbul etmişəm. Hər bir halda o müştəridir, mənim onu rədd etməyə ixtiyarım yoxdur. İşbirliyi alınibsa alınıb, məni qane etməyibsə, gələn dəfə gələn zənglərə cavab verməmişəm. Cəmi bir müğənni var ki, onunla heç bir şəkildə işləmək istəməmişəm, telefonlarına cavab verməmişəm. Hətta otağıma belə gəlb, qəbul etməmişəm. Adını çəkməyəcəm, bu artıq onun şəxsiyyətinə təhqir olar...

-Bayaq dediyin işlədiyin müğənnilərlə küsdüyümüz də olur, əməkdaşlıq da yarımçıq qalır. Bəs səninlə çalışdığı vaxt başqa bir məşhur stilistə müraciət edəndə necə reaksiya verirsən? Məsələn, bu yaxınlarda Xatirə İslam Anar Ağakişiyevə gözəl tərif, xoş sözlər ünvanlamışdı. Lakin hamıya məlumdur ki, onun görünüşündəki kardinal dəyişiklik sənin adınla bağlıdır.

-Mən sizə bayaq dedim axı, elə müğənnilər var ki, mən onlar üçün vazkeçilməzəm. Həmçinin mən onlardan vaz keçmirəm. O siyahının başında Xatirə İslam durur. Mən onunla dostam, yaxınam. Hazırda onunla işbirliyim yoxdur, lakin mən ondan incimirəm. Başqasının yanına gedəndə də mənə gecədən yazır ki, sənin yerin ayrıdır. Nə olsa da, mənim son yerim, son ünvanım sənsən. Bəlkə də başqa biri belə etsə, mənə təsir edərdi, lakin Xatirə artıq mənim müştərimdir. Mən onu nə müştəri, nə də müğənni kimi görürəm. O mənim özümdür. Aramızda heç bir problem ola bilməz. Bizi 15 il bağlayır.

-Natəvan Həbibi toyunda Nərmin İbrahimovaya müraciət eləmişdi. Bu aranızda problem yaratmadı ki?

-Yox, incimədim. Natavanla da bizi illər bağlayır. Onunla da çox rahatam. Onun da gedib qayıtdığı yer, ünvan mənəm. Natavanın toyunu təşkil edən şirkət Nərminlə əməkdaşlıq edir. Natavan toyuma dəvətnamə də yolladı. Düzdür, müəyyən səbəblərə görə, o toyda iştirak edə bilmədim, lakin bunun məsələyə aidiyyatı yox idi. Həmişəki münasibıtimiz var.

Stilistlər arasında da təbii ki, rəqabət olur. Sənin sənət savaşında olduğun konkret stilist var?

-Əlbəttə, bizim sahədə də, bir-birinin ayağını qazıyan həmkarlar var. Heç kimi rəqib görmürəm. bu söz kimdəsə qıcıq yarad da bilər. Lakin bu kəlmələri əminliklə, özümə, işimə arxayın olub deyirəm. Sənət baxımından yoxdur. Ad baxımından bəlkə də adımla adı yanaşı səslənə bilən həmkar olar. O da ki, lazimli vaxtda, lazimli yerdə ola bilən insanlardır. Barmaqla sayılcaq qədər professional var. Mənim iş tərzim gündəmdə olanlarla müqayisədə tam başqadır.

-Bəyəndiklərinin adını çəkə bilərsən?

-Əlbəttə. Bu Ruxadır, Zahiddir, Telmandır. Onların işini bəyənirəm.

-Azərbaycanda elə bir sənətçi varmı ki, onun stilistə ehtiyacı olmasın?

-Var. Böyük səhnəyə deməzdir, amma gündəlikdə Röya, Aygün Kazımova öz zövqləri ilə yaxşı geyinib insan arasına çıxa bilirlər. Müğənni də var ki, başından yağ axır, amma özünü elə aparır ki, stilistə ehtiyacı yoxdur, elə məhz elə düşündükləri üçün o vəziyətdədirlər. Məhz onların ehtiyacı var.

-Stilistlər nüfuzuna xələl gəlməsin deyə ara müğənnilərlə işləməkdən qaçınırlar. Ya da ki, onu radikal dəyişdirirlər. Bildiyimə görə, sənin Damla ilə işbirliyin olub. O xanım zövqsüz sənətçi ki, tamaşaçılar tərəfindən tənqid olunur.

-Damla xanım yanıma gəlmişdi. Və mənə təklif etdi ki, kosmetikamı silmədən, təkrar makiyajımı təzələ. Bu gigiyenik baxımdan nə dərəcədə qəbul olunandır?! Mən şəxsən istəyərəkdən, onu bəyənmədiyim üçün işləməyə razılıq verdim, çünki onu görmək istədiyim stilə salmaq istəyirdim. Cəmi bir saat işlədik. O insan dəyişməyəcək. O indiki oxuma tərzi ilə sevilir. Amma kimlər tərəfindən? Özü yaxşı bilir. Amma o hamının sevgisini qazanmaq istəyirsə, stilini dəyişməlidir. Qətiyyən onunla işləmərəm. Çünki o görünüş onun qanına işləyib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:17 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
23:13 05.03.2025
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb