Dani Alveş: 'Bavariya'nın qarşısında baş əyirəm'

İDMAN
16:00 24.04.2013
1897
“Barselona”nın futbolçusu Dani Alveş Çempionlar Liqasının yarımfinalının ilk matçında “Bavariya” ilə oyundan (0:4) sonra açıqlama verib.Məğlubiyyətlərində hakim qərarlarının rol oynamadığını deyib. O, bildirib ki, böyükhesablı məğlubiyyətin günahkarı yalnız özləridir: Oynadığı bu futbola görə “Bavariya”nı qarşısında baş əyirəm. Onlara qarşı oynamaq çox çətin idi. Rəqibimizi təbrik edirəm. Bizdən çox üstün oynadılar. Bir qol belə vura bilmədik. Qarşınızda sizdən daha güclü komanda varsa, onu ancaq təbrik etməlisiz”.

Braziliyalı oyunçu cavab matçı haqqında danışıb: “Bacara bilmədiklərimiz üzərində çalışmalıyıq. Qarşıda “Nou Kamp”da 90 dəqiqəlik oyunumuz var. Bizim üçün çox çətin olsa da, əlimizdən gələni edəcəyik”.

OXŞAR XƏBƏRLƏR