Dani Alveşdən gözlənilməz açıqlama: "Astorinin ölümünə üzülmədim"

Dani Alveşdən gözlənilməz açıqlama: "Astorinin ölümünə üzülmədim"
İDMAN
13:30 06.03.2018
2229

PSG-nin braziliyalı ulduzu Dani Alveş 1 gün əvvəl otel otağında ölü tapılan italyan futbolçu Davide Astorinin ölümü ilə bağlı verdiyi açıqlama ilə hamını təəccübləndirib.

Çempionlar Liqasında "Real"la oyun öncəsi Astorinin ölümünün onlara təsiri barədə sualı belə cavablandırıb:

"Astorinin ölümünə görə üzgün deyilik. Çünki onu çox tanımırdıq. Bu xaotik dünyada edə biləcəyini etdi və indi daha rahat dünyada yaşayacaq. Bu dünyada hər gün yüzlərlə uşaq aclıqdan ölür. Önəmli olan onlardır".

Bu sözlər azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar futbolçunu "hissiz, qəddar" adlandırıblar. /// goal.az

OXŞAR XƏBƏRLƏR