"Barselona" klubunun müdafiəçisi Daniel Alveş Madrid "Real"ında çıxış edən həmyerlisi Kakanın hazırki durumuna münasibət bildirib.
AZXEBER.COM-un məlumatına görə, "Esporte Interativo"ya danışan braziliyalı futbolçu Kakanın "Real"ın əsas heyətdən kənarda qalmasına üzüldüyünü vurğulayıb:
"Kaka hazırda dünyanın ən yaxşı komandalarından birində çıxış edir. Lakin o haqq etdiyi qayğını görmür. Klub rəhbərliyi də ona yetərincə dəstək olmurlar. Kaka dünyanın ən yaxşı futbolçusudur və ona hörmətlə yanaşılmalıdır. O hər zaman meydanda olmağı arzulayır.
Anaq təəssüf ki, bu şans ona çox az verilir. Mən Kakanın yerində olsaydım, çoxdan "Real"dan ayrılardım. Çünki futbol oynamaq şansınız azaldıqda, həyat mənasızlaşır. Kakanın durumuna çox üzülürəm. Onun yaşadıqlarını mən yaşamaq istəməzdim. Düşünürəm ki, əgər Kaka "Barselona"da olsaydı, belə vəziyyətlə üzləşməzdi".
Qeyd edək ki, 2009-cu ildən "Real"ın şərəfini qoruyan Kaka keçirdiyi70 oyunda 20 qola imza atıb.