Danimarka 8 qolla qalib gəldi, Gürcüstan son dəqiqə qolu ilə uduzdu

Danimarka 8 qolla qalib gəldi, Gürcüstan son dəqiqə qolu ilə uduzdu
İDMAN
22:21 28.03.2021
861
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

 B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.
 
F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.

I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.
OXŞAR XƏBƏRLƏR