Danimarka Baş naziri: Ukraynada sülh müharibədən daha təhlükəli ola bilər

DÜNYA
05:12 24.02.2025
52
Çoxları sülh sazişini yaxşı ideya kimi görə bilər, lakin Ukraynada sülh əslində indi davam edən müharibədən daha təhlükəli ola bilər.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Danimarka Baş naziri Mette Frederiksen bildirib.

Mette Frederiksen ABŞ hökumətinin hazırda Ukrayna, NATO və Avropada müharibə ilə bağlı çox qeyri-müəyyənlik yaratdığını bildirib: "Mən amerikalılara qarşı keçmişdə olduğum qədər inamlı hiss etmirəm. Düşünürəm ki, ABŞ tərəfində qeyri-müəyyənliyin yaranması hər kəsi təəccübləndirir və biz buna cavab verməliyik".

"Mən başa düşürəm ki, bir çox insan sülh yolu ilə həllin və ya atəşkəsin yaxşı ideya kimi səsləndiyini düşünür, lakin Ukraynada sülh əslində indi gedən müharibədən daha təhlükəli olması riskini daşıyır", - o əlavə edib.

Danimarka Baş naziri Rusiya liderinin sülh istədiyinə şübhə etdiyini də vurğulayıb: "Dürüst olmalıyam, mən Putinə etibar etmirəm. Düşünmürəm ki, o, Ukraynada sülh istəyir".

Qeyd edək ki, Danimarka Baş naziri müharibənin üçüncü ildönümündə Ukraynaya səfər edənlər arasındadır. /APA
OXŞAR XƏBƏRLƏR