Danimarkanın dəniz nəqliyyatı ilə yükdaşımalar və liman terminallarına xidmət üzrə ixtisaslaşmış "Maersk” şirkəti təhlükəsizlik məqsədilə İsrailin Hayfa limanına gəmilərin girişinin müvəqqəti dayandırıldığını elan edir.
Bu barədə İsrail KİV-i şirkətin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, "Maersk” bu qərarı İsrail və İran arasında davam edən münaqişə kontekstində təhdid riskləri ilə bağlı hesabatların hərtərəfli təhlilindən sonra qəbul edib. Xüsusilə bu, İsrail limanlarına girişlə bağlı potensial risklərə və şirkətin gəmi heyətlərinin təhlükəsizliyi üçün bundan irəli gələn nəticələrə aiddir.
///report