Danimarka Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün maliyyə vəsaiti ayırıb

Danimarka Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün maliyyə vəsaiti ayırıb
DÜNYA
19:00 24.01.2024
153
Danimarka Ukraynanın Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin kibertəhlükəsizliyini gücləndirmək üçün 91 milyon kron (13,26 milyon ABŞ dolları) məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kiberhücumlar Rusiya və Ukrayna arasında müharibənin ayrılmaz hissəsidir. Rusiya kiberhücumlar vasitəsilə Ukraynanın müdafiəsini zəiflətməyə çalışır. Bununla bağlı ötən gün Danimarka və İT koalisiyasının digər üzvləri əməkdaşlıq müqaviləsi imzalayıb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu koalisiyaya İslandiya, İtaliya, Latviya, Litva, Niderland və Ukrayna daxildir.
 
///Report
OXŞAR XƏBƏRLƏR