Danimarka Ukraynaya 36 milyon dollar dəyərində sursat tədarük edəcək

Danimarka Ukraynaya 36 milyon dollar dəyərində sursat tədarük edəcək
DÜNYA
18:47 12.06.2023
160
Danimarka Ukraynaya hərbi yardım çərçivəsində 36 milyon dollar dəyərində sursat tədarük edəcək.

Bu barədə Krallığın xarici işlər naziri Lars Lökke Rasmussen deyib.

Nazirin sözlərinə görə, söhbət 2000 ədəd artilleriya mərmisindən gedir.

"Bu, Ukraynanın həqiqətən ehtiyac duyduğu əhəmiyyətli dəstəkdir”, - XİN rəhbəri vurğulayıb.

Həmçinin əlavə olunub ki, Ukraynaya əlavə hərbi yardımın göndərilməsi ilə bağlı qərar bu gün qəbul edilib.
 
///APA
OXŞAR XƏBƏRLƏR