Danimarkadan Quran yandırma aksiyalarını dayandırmaq üçün QANUN TƏKLİFİ

Danimarkadan Quran yandırma aksiyalarını dayandırmaq üçün QANUN TƏKLİFİ
DÜNYA
15:48 25.08.2023
255
İsveç və Danimarkada bir çox ölkə ilə gərginliyə səbəb olan Quran yandırma aksiyalarına qarşı addım atılıb.

AZXEBER.COM xəbər verir ki, Danimarka hökuməti bir çox müsəlman ölkələri ilə artan gərginliyi aradan qaldırmaq üçün ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qeyri-qanuni edən qanun layihəsi hazırlayacaq.

"Hökumət dini icmalar üçün əhəmiyyət kəsb edən dini obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək", - Danimarkanın ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.

Son həftələrdə İsveç və Danimarkada Quranın yandırılması və ya zədələnməsi ilə bağlı çoxlu aktlar baş versə də, bu əməllər müsəlmanların böyük reaksiyasına səbəb olub və hökumətlərə bu cür hərəkətləri qadağan etməyə çağırışlar edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR