"Rusiya və ABŞ ekspert qrupları arasında ötən gün Ər-Riyadda keçirilən danışıqlar asan olmasa da, iki ölkə üçün faydalı oldu və bir çox problemlər müzakirə olundu".
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin deyib.
O bildirib ki, görüşdə hər şey müzakirə olunub, zəngin və çətin dialoq olub, lakin ruslar və amerikalılar üçün çox faydalı danışıqlar aparılıb: "Bir çox problemlər müzakirə olundu. Təbii ki, hər şey həll olunmadı, hər şey razılaşdırılmadı, amma yeni administrasiyanın gəlişini və ekspert qruplarının görüşünə gələn yeni siyasətçiləri nəzərə alsaq, belə bir söhbətin baş tutması yaxşıdır".
Karasin qeyd edib ki, Rusiya və ABŞ arasında danışıqlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.