Danışıqlar getdiyi zaman Ukraynanın şəhərləri bombalandı: Müharibədə son durum

Danışıqlar getdiyi zaman Ukraynanın şəhərləri bombalandı: Müharibədə son durum
DÜNYA
17:52 30.03.2022
481
Rusiya ordusu danışıqlarda verilən vədlərə baxmayaraq, Ukraynanın bir çox şəhərlərini bombalayıb.

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra Kiyev və Çerniqov şəhərlərində hərbi fəaliyyətini azaldacağını açıqlamasına baxmayaraq, Rusiya ordusu Ukraynanın bir çox şəhərlərinə, o cümlədən Kiyevin bəzi şəhərlərinə hücumlar həyata keçirib.

İstanbul danışıqlarından bir neçə saat sonra Rusiya ordusu ölkənin bir çox şəhərlərinə, o cümlədən Ukraynanın Kiyev vilayətinin bəzi şəhərlərinə raket zərbələri endirib. Yerli mənbələr hücumların hələ də davam etdiyini bildirsələr də, bu hücumların Ukraynaya aid hərbi məntəqələrə, yoxsa mülki ərazilərə təşkil edildiyinə dair hələlik heç bir açıqlama verilməyib. Kiyevin şimalında yerləşən Qostomel şəhəri də Rusiya tərəfindən raketlərlə hücuma məruz qalıb. Bu şəhərə edilən hücumlarda Ukrayna ordusuna aid hərbi bölgələrin hədəf alındığı öyrənilsə də, hər iki ölkədən bu hücumla bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko deyib: "Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı hərbi fəaliyyətində azalma yoxdur. İrpin yaxınlığındakı ərazidə toqquşmalar bütün gecə davam edib".

Ukraynanın Donetsk vilayətinin Makiivka şəhərində də gecə yarısı toqquşmalar baş verib. Rusiya ordusunun Ukrayna mövqelərini çoxsaylı reaktiv sistemlərlə atəşə tutduğu, Ukrayna ordusunun da Rusiya ordusuna raketlərlə cavab verdiyi məlum olub.

Həmçinin, Rusiya Ukraynanın əvvəllər hücuma məruz qalmayan bölgələrindən biri olan Xmelnitski rayonuna hücum edib. Ukrayna mətbuatının məlumatına görə, şəhərdəki yanacaq anbarının Rusiya ordusu tərəfindən "Kalibr” ballistik raketləri ilə vurulduğu aşkarlanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR