“Danışıqlar masasında bir neçə variant qalmaqdadır“- Lavrov

“Danışıqlar masasında bir neçə variant qalmaqdadır“-  Lavrov
SİYASƏT
19:31 07.04.2016
1366
“3-4 il öncə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşlərində səslənən birgə bəyanatlarda göstərilən ideyalara qayıtmaq olduqca vacibdir”.AZXEBER.COM-un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda TASS-a müsahibəsində deyib.Bununla bağlı Azərbaycan prezidenti ilə müzakirələrin aparıldığını deyən diplomat siyasi nizamlanma detalları ilə yanaşı təmas xəttində etimad tədbirlərinin nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, söhbət əsnasında əsirlərin dəyişdirilməsi, təmas xəttindən snayperlərin geri çəkilməsi kimi məsələlərə toxunulub.Onun sözlərinə görə, hazırda əsas vəzifə yenidən zorakılığın baş verməsinə imkan verməməkdir.ATƏT Minsk qrupu həmsədrlərinin konkret addımları nəzərdə tutan sənəd üzərində iş apardıqlarını xatırladan S. Lavrov mövcud durumun münaqişənin nizamlanmasında iştirak edən tərəfləri tezliklə bu tədbirləri həyata keçirməyə vadar edəcəyinə inandığını bildirib.Rusiyalı nazir məsələni ötən gün Azərbaycan prezidenti ilə görüşdə müzakirə etdiyini və İlham Əliyevin bu yanaşmanı dəstəklədiyini deyib. Bu tədbirlərin “status-kvo”nu əbədiləşdirmək məqsədi daşımadığını deyən nazir qeyd edib ki, əsas məqsəd Rusiyanın həmsədrlərin səylərindən əlavə öz təşəbbüslərini irəli sürdüyü siyasi proses üçün daha əlverişli mühiti yaratmaqdır.Müxtəlif vaxtlarda Vladimir Putin və Dmitri Medvedevin vəziyyəti dalandan çıxarmağa imkan verən ideyalar irəli sürdüyünü deyən S. Lavrov bu ideyaların əsasında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə yanaşı ətraf rayonların azad edilməsinin dayandığını bildirib. “Detallara varmayacağam, amma danışıqlar masası üzərində bir neçə variant qalmaqdadır. Səylərimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”