Danışıqlar planı dəyişdi - Vens İsveçrəyə getmir

Danışıqlar planı dəyişdi - Vens İsveçrəyə getmir
DÜNYA
09:07 19.06.2026
351
Ağ Ev ABŞ və İran arasında planlaşdırılan texniki danışıqlara hazırlıqların davam etdiyini açıqlayıb.

Buna rəğmən, Vitse-prezident Ceyms Devid Vensin İsveçrəyə nəzərdə tutulan səfəri hələlik təxirə salınıb.

Ağ Evdən bildirilib ki, vitse-prezidentin gün ərzində keçirdiyi mətbuat konfransında da vurğuladığı kimi, qarşıdan gələn texniki danışıqların planı hələ tam yekunlaşdırılmayıb.

Qeyd olunub ki, ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır, lakin danışıqların logistikası mürəkkəb olaraq qalır.

"Bu danışıqların logistikası heç vaxt sadə və ya tam proqnozlaşdırıla bilən olmayıb”, - məlumatda deyilir.

Açıqlamaya görə, Vens bu gecə İsveçrəyə yollanmayacaq və səfəri hələlik təxirə salınıb: "Növbəti addımlarla bağlı dəqiq məlumat əldə olunan kimi ictimaiyyət məlumatlandırılacaq. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Vens daha əvvəl Ağ Evdə keçirdiyi mətbuat konfransında texniki danışıqların bu həftəsonu başlamasının gözlənildiyini bildirmişdi. O, İsveçrəyə səfər etməyi planlaşdırdığını, lakin səfərin vaxtının İran nümayəndə heyətinin hərəkət qrafikindən asılı olaraq dəyişə biləcəyini qeyd etmişdi.

Əlavə edək ki, ABŞ və İran arasında əldə olunan razılaşmaya əsasən, texniki danışıqlarda nüvə proqramının gələcəyi, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və beynəlxalq yoxlama mexanizmlərinin tətbiqi kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb