Danq virusu can almağa davam edir - 398 nəfər öldü

Danq virusu can almağa davam edir - 398 nəfər öldü
DÜNYA
11:53 14.08.2023
182
Banqladeşdə son 24 saatda daha 11 nəfər danq qripindən öldüyü halda, ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) tərəfindən edilən açıqlamada, bu xəstəlikdən yalnız bir gündə 2905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bunun bir gündə xəstəxanaya yerləşdirilmə sayında rekord olduğu ifadə edilən açıqlamada  son 24 saatda daha 11 nəfərin danq qızdırmasından öldüyü ifadə edilib.

Banqladeşdə bu il 398 nəfərin danq qızdırmasından öldüyü qeyd edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR