Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki "qıcıqlandırıcıların” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər.
Bu barədə Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev bildirib.
"Rusiya – ABŞ münasibətlərinin bərpasına hələ çox vaxt var. Prosesin özü də çətinliklə gedir. Təkcə "dərin dövlət” timsalında Ağ evin əleyhdarları deyil, həm də sabit anti-Rusiya lobbisinin formalaşdığı Konqresdəki "şahinlər” tərəfindən ləngidir”, – Darçiyev qeyd edib.
"Ancaq bu, tamamilə geriyə çevrilə bilən olsa da, irəliyə doğru hərəkətin olması vacibdir. Bu, aprelin 10-da İstanbulda keçirilmiş məsləhətləşmələrin son raundunda onların paytaxtlarına köçürülməsi ilə bağlı ilkin qərar kimi nəzərə çarpan nəticə ilə ölçülür", - o bildirib.
Darçiyev təsdiq edib ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar çox yaxın vaxtlarda Moskvada baş tutacaq.
///Report