Darvin Nunyes yayda "Liverpul"u tərk edəcək

Darvin Nunyes yayda "Liverpul"u tərk edəcək
İDMAN
19:02 22.04.2025
198
İngiltərə "Liverpul"unun futbolçusu Darvin Nunyes yayda klubu tərk edəcək.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Uruqvaylı hücumçu mövsümün sonunda klubundan ayrılmaq qərarına gəlib. Bu məsələdə "Liverpul”la futbolçu arasında razılıq əldə olunub.

Qeyd edək ki, D.Nunyes Mersisayd klubuna 2022-ci ildə "Benfika”dan (Portuqaliya) bonuslar da daxil olmaqla 100 milyon avro qarşılığında transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 25 oyunda 5 qol vurub.
 
report
OXŞAR XƏBƏRLƏR