“ “Daş yuxular” bədii cəhətdən zəif əsərdir və bu səbəbdən, dünyanın hansı dilində və hansı nəşriyyatında nəşr olunsa belə, ədəbiyyat müstəvisində heç nəyə qadir deyil.”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında yazıçı və dramaturq Afaq Məsud deyib. O, Əkrəm Əylislinin “Daş yuxular” əsərinin erməni dilinə tərcümə edilməsinə münasibət bildirib: “Milli maraqlara gəlincə, sözsüz ki, bu yazı-tarixin yaddaşında cığal, kinli, vəhşi xalq kimi qalan elmənilərin əlində bizlərə qarşı işə salınacaq növbəti fitnə silahıdır. Və onlar bundan geninə-boluna istifadə edəcəklər. Lakin Allaha şükür, bu əsərin ermənilərə haqq qazandıran “həqiqətini” heçə endirəcək tarix və faktlar öz yerindədir. Düşünürəm, mili heysiyyəti olan hər bir Azərbaycan yazçısı əlindəki işləri bir kənara qoyub, bu tarixi həqiqətləri yazmalı və dünya ictimaiyyatına çatdırmalıdır.”
Qeyd edək ki, Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib və Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Xalq yazıçısı” fəxri adından və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilib. Bu yaxınlarda isə əsər erməni dilinə tərcümə edilərək Ermənistanda nəşr edilib.
Ceyhun