Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olundu - FOTO

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olundu - FOTO
SOSİAL
15:39 24.08.2023
148
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub.

"Report"un Şimal bürosu xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutuna sarılmış üçrəngli bayrağı A.Niftəliyevin qardaşına təqdim edib.

Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.
 

 


 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR