Daşınmaz əmlakla əlaqədar bəzi xidmətlər pullu olacaq

İQTİSADİYYAT
13:00 29.09.2022
415
Daşınmaz əmlakla əlaqədar beş istiqamət üzrə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir.

AZXEBER.COM "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulması müəyyənləşəcək:

- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

OXŞAR XƏBƏRLƏR