Daşkəsən sakini Kəlbəcərdə minaya düşdü

SOSİAL
16:40 29.08.2021
780
Daşkəsən rayon sakini, Kəlbəcər ərazisində minaya düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev Daşkəsəndən Kəlbəcər ərazinə keçən atını gedib gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onun ayağı topuqdan aşağı kəsilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR