Daşkəsəndə 38 yaşlı kişi sirkə turşusundan zəhərlənib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Ş. Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və ona yardım edilib.
38 yaşlı kişinin vəziyyətinin orta ağır olduğu bildirilir.Onun hansı səbəbdən zəhərlənməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.