Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb

Daşkəsəndə 40 yaşlı kişi başından balta ilə xəsarət alıb
SOSİAL
22:05 04.08.2021
241
Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

AZXEBER.COM-un məlumatına görə, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR