Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb

Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb
SOSİAL
20:51 27.07.2024
135
Daşkəsən rayonunda yağan güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yağıntılı hava şəraiti bir müddət daha da şiddətli olub və leysan nəticəsində bəzi küçələrə yağış suları dolub.

Küləklə müşahidə olunan leysan yağış səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində qısa fəsilə də yaranıb.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR