Daşkəsəndə qardaş bacısını baltaladı

Daşkəsəndə qardaş bacısını baltaladı
SİYASƏT
16:16 08.08.2025
163

Daşkəsəndə 30 yaşlı qadın başından xəsarət alıb.

AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Qıyıqlı kəndində baş verib.  Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Əfsanə Məmməd qızı kəllə-beyin traması ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal qadına yardım edilib. Daha sonra 30 yaşlı qadın Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, 30 yaşlı qadını ailə münaqişəsi zamanı qardaşı balta ilə başından xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.


OXŞAR XƏBƏRLƏR